Təxirə salınmış “Barselona” – “Osasuna” matçının vaxtı açıqlandı
17.03.2025 , 17:30

La Liqanın 27-ci turundan təxirə salınmış “Barselona” – “Osasuna” matçının keçiriləcəyi vaxt açıqlanıb.
Korner.az xəbər verir ki, görüş martın 27-də baş tutacaq.
Bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
Oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Martın 8-də keçirilməsi gözlənilən qarşılaşma Kataloniya klubunun həkimi Karles Minarro Qarsianın vəfatı səbəbindən təxirə salınmışdı.
