İspaniyanın "Barselona" klubu hücumçusu David Vilya ilə müqaviləni yeniləmək fikiri yoxdu.
Korner.az-ın məlumatına görə, İspaniya millisinin də şərəfini qoruyan futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2014-cü il kimidi. "Barsa" 31 yaşlı Vilyaya transfer qiyməti kimi 15 milyon avro qoyub.
Qeyd edək ki, Vilya bu mövsüm keçirdiyi 22 oyunda 8 dəfə rəqib qapılarına yol tapıb.
