“Barselona” onunla müqavilə yeniləyir
23.01.2025 , 12:30

“Barselona” futbolçusu Ronald Arauxo ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi onunla yeni müqavilə imzalayacaq.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Uriqvaylı müdafiəçi ilə imzalanacaq sözləşmənin müddəti 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
