“Barselona” onunla müqavilə imzalayacaq
18.03.2025 , 11:30

“Barselona” futbolçusu Jül Kounde ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı müdafiəçi ilə yeni müqavilə imzalayacaq.
La Liqa klubu onunla müddəti 2030-cu ilə qədər nəzərdə tutulan sözləşmə üçün prinsipial razılığa gəlib.
Koundenin İspaniya nəhəngi ilə hazırkı kontraktı 2027-ci ilə qədərdir.
