“Barselona” onun keçidini həll etməyə çalışır
25.05.2023 , 10:11

“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan kimandadan ayrılmağı düşünür.
Korner.az-ın məlumatına görə, almaniyalı futbolçu karyerasını fərqli liqada davam etdirmək niyyətindədi. Onunla yaxından “Barselona” maraqlanır.
Kataloniya klubu təcrübəli futbolçunun mümkün keçidi ilə bağlı qarşı tərəflə şifahi danışıqlar aparıb və müsbət nəticə əldə edib.
Yayda Gündoğanı “Barselona”da görmək ehtimalımız yüksəkdi.
