“Barselona” növbəti transferə hazırlaşır
25.02.2019 , 16:21

“Barselona” Madridin “Atletiko” klubunun futbolçusu Saul Niqesi transfer etmək istəyir.
Katalonlar adı çəkilən yarımmüdafiəçini yay transfer pəncərəsində heyətinə qatmaq üçün hərəkətə keçib. “Barselona” 24 yaşlı futbolçu üçün qarşı tərəfə 110 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Saul Niqes 2012-ci ildən “Atletiko Madrid” klubunda çıxış edir.
