“Barselona” növbəti mərhələdə
16.04.2025 , 10:30

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu mərhələdə “Barselona” “Borussiya”nın qonağı olub.
Görüş Kataloniya nəhənginin 1:3 hesablı məğlubiyyəti ilə başa çatsa da, ilk oyunun nəticəsinə əsasən, La Liqa klubu adını yarımfinala yazdırmağı bacarıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
“Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) – 3:1
Qollar: Girassi 11(p), 49, 76 0- Bensebaini, 54(avtoqol)
İlk oyun – 0:4.
