İspaniyanın “Barselona” klubu Cənubi Afrika Respublikasında (CAR) yoldaşlıq görüşü keçirəcək
Qarşılaşma CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə təşkil ediləcək. Rəqib isə ölkə çempionu “Mamelodi Sandaunz” komandası olacaq. Görüş mayın 16-da Yohannesburq şəhərindəki “Fest Naşenal Bank” stadionunda keçiriləcək. Bu arenada 2010-cu ildə dünya çempionatının final matçı baş tutub.
Qeyd edək ki, “Barselona” bu mövsüm vaxtından əvvəl İspaniya çempionu olub. “Mamelodi “Sandaunz”da “Qarabağ”ın maraq dairəsində olan Xama Billiat da çıxış edir.