“Barselona” – “Napoli” oyunu da azarkeşsiz keçiriləcək
10.03.2020 , 14:04

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” – “Napoli” cavab oyunu da boş tribunalar önündə keçiriləcək.
Korner.az-ın məlumatına görə, koronavirusun yayılmasının qarşısının almaq məqsədi ilə sözügedən görüşün azarkeşsiz keçirilməsinə qərar verilib
Qeyd edək ki, “Barselona” – “Napoli” matçı martın 18-i keçiriləcək. Bu komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.
