“Barselona”nın müdafiəçisi Adriano yaxın zamanda klubdan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi braziliyalı futbolçunu İtaliyaya göndərməyə hazırdır.
31 yaşlı futbolçu ilə “Latsio” klubu yaxından maraqlanır. “Barselona” Adriano üçün romalılardan 1,5 milyon avro tələb edir.
Qeyd edək ki, 2010-cu ildən “Barselona”da çıxış edən Adriano keçirdiyi 115 oyunda 9 qol vurub.
