“Barselona” Mirandanı qaytardı
01.07.2020 , 19:01

“Barselona” icarə əsasında “Şalke”də çıxış edən futbolçusu Xuan Mirandanı komandaya qaytarıb.
Korner.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında icarə müqaviləsinin erkən başa çatdırılması ilə bağlı razılıq əldə edildiyi bildirilib.
Qeyd edək ki, futbolçu növbəti mövsümü də “Şalke”də keçirməli idi.
