“Barselona” Messi üçün hərəkətə keçir
26.04.2023 , 11:37
![](https://korner.az/wp-content/uploads/2023/04/5A0635A4-E12A-46E2-9451-0CFFF0AFA54A.jpeg)
PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Lionel Messinin gələcək taleyi məlum deyil.
Korner.az xəbər verir ki, ulduz futbolçunun adı bir çox klublarla hallansa da, Lionel Messinin yenidən “Barselona”da oynamaq istədiyi gündəmə gəlib.
“Barselona”nın prezidenti Joan Laporta və baş məşqçi Xavi açıq şəkildə keçmiş futbolçunu istədiklərini, Xavi isə Messi ilə danışdığını bildirib.
Hazırda ailəsi ilə Barselonada tətildə olan Messi Kataloniya klubu ilə görüşdüyü deyilir.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)