“Barselona” maaşları azaltdı
27.03.2020 , 17:50

“Barselona” klubu koronavirus pandemiyasının yaratdığı maddi itkiləri tənzimləmək üçün qərarlar verib.
Korner.az xəbər verir ki, Kataloniya klubu bütün əməkdaşlarının məvacibini azaldacaq.
Bundan əlavə klub öhdəliyində olan bütün idman obyektlərini pandemiya dövründə Kataloniya səhiyyə təşkilatının ixtiyarına verəcək.
