“Barselona” Lamin Yamalla dacam edəcək
07.05.2025 , 11:15

“Barselona” futbolçusu Lamin Yamalla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi gənc oyunçunun müqaviləsinin müddətini yeniləyəcək.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
La Liqa təmsilçisi 18 yaşlı hücumçunun sözləşməsini 2030-cu ilə qədər uzadacaq.
Yeni kontrakta əsasən, Yamalın maaşında da artım olacaq. Onun hazırkı müqaviləsinin müddəti isə 2026-cı ilin yayına qədər qüvvədədir.
