“Barselona” Koutinyonu satacaq
23.03.2019 , 16:46

İspaniyanın “Barselona” klubu braziliyalı futbolçusu Filippe Koutinyonu satmağa qərar verib.
Kataloniya klubuna yaxın olan dairələrə görə, “Barselona” 26 yaşlı futbolçu ilə yolları ayırmağa hazırlaşır. Futbolçunun sərbəst qalma məbləği 100 milyon avro dəyərində qiymətləndirilir. Kluba yaxın şəxslərdən birinin ESPN nəşrinə verdiyi məlumata görə, hazırda futbolçu ilə bağlı hər hansı ciddi təklif yoxdur.
Qeyd edək ki, Filippe Koutinyonun “Barselona” ilə müqavilə müddəti 2023-cü ildə bitəcək.
