“Barselona” Neymarın gedişindən sonra yaranmış boşluğu doldurmağa çalışır. Komanda heyətini hücum xəttindən olan iki futbolçu ilə gücləndirməyi planlaşdırır.
Katalanlar eyni anda həm Koutinyo (“Liverpul”), həm də Dembele (“Borussiya”) transferini həll etmək istəyir. “Barselona” bu iki futbolçunu yay transfer pəncərəsinin müddəti bitməmiş komandaya cəlb etməyi düşünür.
Bu barədə komandanın idman direktoru Jozep Sequra məlumat verib. Onun sözlərinə görə, hər iki keçidin baş tutmasına az qalıb. “Reuters”ə açıqlamasında Sequru bunları deyib:
“Biz hər iki transferin baş tutmasına çox yaxınıq, ancaq bütün suallara nə vaxt aydınlıq gələcəyini bilmirik. Buna baxmayaraq ki, hər iki oyunçunu yay bitməmiş transfer etmək istəyirik”
