“Barselona” itki ilə başladı
14.08.2023 , 10:06

Futbol üzrə İspaniya La Liqasında yeni mövsümə start verilib.
Korner.az-ın məlumtına görə, ötən gecə daha iki görüş baş tutub.
Son çempion “Barselona” səfərdə “Xetafe” ilə qarşılaşıb. 90 dəqiqə qapılara yol tapa bilməyən komandalar 1 xalla kifayətlənməli olub.
“Selta” evdə “Osasuna”ya, “Vilyarreal” isə “Betis”ə məğlub olub.
İspaniya La Liqası
1-ci tur
11 avqust
Almeriya – Rayo Valyekano 0:2
Qollar: Palason, 20-pen. Nteka, 28-pen.
Sevilya – Valensiya 1:2
Qollar: En Nesiri, 70 – Diakabi, 60. Gerra, 89.
12 avqust
Real Sosyedad – Jirona 1:1
Qollar: Kubo, 5 – Dovbik, 72.
Las Palmas – Malyorka 1:1
Qollar: Viera, 29 – Rayllo, 70.
Atletik – Real 0:2
Qollar: Rodriqo, 28. Bellingem, 36.
13 avqust
Selta – Osasuna 0:2
Qollar: R.Qarsiya, 24. M.Qomes, 74.
Vilyarreal – Betis 1:2
Qollar: Kuenka, 61 – A.Peres, 20. V.Xose, 90+5.
Xetafe – Barselona 0:0
14 avqust
21:30. Kadis – Alaves
23:30. Atletiko – Qranada
