“Barselona” İtaliya klubundan futbolçu transfer edir
04.04.2025 , 23:39

“Barselona” “Fiorentina”nın futbolçusu ilə maraqlanır.
Korner.az xəbər verir ki, söhbət komandanın forvardı Moyze Kindən gedir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Kataloniya nəhəngi 25 yaşlı oyunçunu Robert Levandovskinin əvəzləyicisi olaraq görür.
Kinin klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.
O, bu mövsüm A Seriyasında 27 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmənin müəllifidir.
