“Barselona” İngiltərədən futbolçu gətirir
16.05.2023 , 09:38
“Barselona” “Vulverhempton”un futbolçusu Ruben Nevesi transfer edə bilər.
Korner.az xəbər verir ki, Kataloniya klubunun 26 yaşlı futbolçu ilə yaxından maraqlandığı bildirilir.
“The Telegraph”ın xəbərinə görə, “qurdlar” Neves üçün 50 milyon avro istəyir.
“Barselona”nın gələn həftə futbolçu üçün “Vulverhempton”un qapısını döyəcəyi bildirilib.
Bu mövsüm İngiltərə təmsilçisi ilə Premyer Liqada 33 oyun keçirən Ruben Neves 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.