“Barselona” qış transfer pəncərəsinə hazırlıqlarını davam etdiri. Katalanlar Koutinyo keçidinin həllindən başqa daha iki futbolçunu izləyir.
Sky Sports nəşru yazır ki, “Barsa” skautları Almaniya Bundesliqasında keçirilən “Bayer” – “Volsburq” matçını izləyib. İddia edilir ki, barselonalılar leverkuzenlilərin heyətindən iki futbolçunu izləyir – Conatan Ta, Yulian Brant.
Conatan Ta müdafiəçi, Yulian Brant isə xavbekdir. Hər iki futbolçunun 21 yaşı var. “Barselona”nın qışda bu futbolçuları heyət cəlb edəcəyi istisna edilmir.
