Arsenal”ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Korner.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını deyib:
“Bütünü gücümüzü göstərmək üçün fürsətimiz var. Müdafiədə yaxşı oynamalıyıq. Futbolçularımın zəkasına güvənirəm. Keçmişdəki səhvlərimizdən nəticə çıxarmalıyıq”.
Təcrübəli mütəxəssis “Barselona”nın ideal komanda olmadığını bildirib:
“Özümüzə inanmalıyıq. Dünyada heç bir komanda ideal deyil. Bütün şanslardan istifadə etməyə çalışacağıq”.
Qeyd edək ki, “Arsenal” – “Barselona” oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
