“Valensiya”nın hücumçusu Pako Alkaser Barselona şəhərindədi.
Korner.az-ın məlumatına görə, bu barədə El Mundo Deportivo nəşri yazıb.
Hücumçu Kataloniyada tibbi baxışdadı. “Barselona” həkim heyəti rəhbərliyə müsbət cavab versə, Alkaserin transferi bu gün axşam elan olunacaq.
Bu keçid baş tutarsa, katalanların hücumçusu Munir El-Haddadi icarə əsasında “yarasalar”ın heyətinə cəlb olunacaq.
