“Barselona” hücumçu axtarır – bu dəfə də Liverpul təmsilçisi
10.12.2018 , 10:38

“Barselona” heyətini gücləndirmək niyyətindədir. Katalantlar hücumçu mövqeyinə axtarışlara başlayıblar.
Əsas heyət oyunçusu Luis Suaresə əvəzləyici axtaran “Barselona” “Everton”un hücumçusuna göz tikib. İngiltərə mətbuatının yaydığı məlumata görə, braziliyalı hücumçu növbəti mövsümdən İspaniya La Liqasında oynayacaq. 21 yaşlı forvardın transfer dəyəri 45 milyon avrodu.
Bundan öncən “Barsa” “Tottenhem”in futbolçusu Harri Keynlə maraqlanırdı. Riçarlison isə “Mançester Yunayted”in hədəfində idi.
