“Barselona” hücum xəttini onunla gücləndirmək istəyir
12.11.2025 , 21:15
“Barselona” növbəti mövsümdə Robert Levandovskini satmağı düşünür.
Korner.az xəbər verir ki, Kataloniya klubu onu “Bavariya”nın ingilis hücumçusu Harri Keyn ilə əvəzləmək istəyir.
Bildirilir ki, klub İngiltərə millisinin kapitanını transfer edərək hücum gücünü artırmaq niyyətindədir və bunun üçün 65 milyon avro ayırmağa hazırdır.
Qeyd edək ki, 32 yaşlı Keyn cari mövsümdə 17 matçda 23 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Bavariya” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.