“Barselona” hücum xəttini onunla gücləndirəcək
03.01.2025 , 13:50
“Barselona” hücum xəttini gücləndirmək üçün prioritet oyunçusunu müəyyən edib.
Korner.az xəbər verir ki, Kataloniya klubunun əsas hədəfi “Liverpul”un hücumçusu Luis Diasdır.
Klubun idman direktoru Deku onun futbol bacarıqlarını yüksək qiymətləndirir.
Kolumbiyalı futbolçunun İngiltərə klubu ilə hazırkı müqaviləsinin müfdəti 2027-ci ilin yayına kimidir.