“Barselona” hücum xəttini gücləndirmək üçün onu seçdi
11.02.2025 , 22:50

“Barselona” hücum xəttini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, İspaniya nəhəngi “Lill”də çıxış edən Conatan Davidlə maraqlanır.
25 yaşlı futbolçunun transfer dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Kataloniya təmsilçisi kanadalı hücumçunun transferində israrlıdır. Tərəflər arasında danışıqların olacağı gözlənilir.
David “Lill”in heyətində cari mövsümdə 20 oyun keçirib, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
