İspaniya La Liqasında çıxış edən “Barselona” klubu ümidləri doğrultmayan Aleks Vidalı komandadan göndərmək fikrindədir.
Korner.az-ın verdiyi məlumata görə, İspaniya klubu müdafiədəki boşluğu doldurmaq istəyir, bunun üçün klub hazırda Türkiyənin “Fənərbağça” klubunun şərəfini qoruyan Van der Vili transfer etmək niyyətindədir.
Xatırladaq ki, holland futbolçu “Fənərbağça”ya Fransanın PSJ klubundan transfer olunub.
