Harri Keyn daha bir Avropa nəhənginin maraq dairəsinə düşüb. Futbolçu uğrunda “Real”la mübarizəyə əzəli rəqibi “Barselona” da qoşulub.
Kataloniya klubunun idman direktoru Roberto Fernandes Çempionlar Liqasının III turunda keçirilən “Real” – “Tottenhem” (1:1) matçını “Santyaqo Bernabeu” stadionundan canlı izləyib.
Fernandesin məqsədi Keynlə yanaşı, yarımmüdafiəçi Kristian Eriksenin oyununa baxmaq olub. “Barselona” rəhbərliyi danimarkalı pleymeykeri “Liverpul”un lideri Koutinyoya alternativ hesab edir.
