“Barselona” gənc futbolçunu istəyir
24.02.2025 , 16:10

“Barselona”nın yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi “Yuventus”un hücumçusu Kenan Yıldızı heyətində görmək istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Xəbərdə, Turin təmsilçisinin 19 yaşlı oyunçu üçün 80 milyon avro tələb etdiyi bildirilir.
