“Barselona” dünyada ilk klubdur ki…
03.10.2018 , 11:51

İspaniyanın “Barselona” klubunun ötən mövsüm əldə etdiyi gəlir bəlli olub.
Kataloniya təmsilçisi 1,05 milyard dollar gəlir qazanıb (914 milyon avro). Bununla da, “Barselona” dünyada 1 milyardan çox gəlir qazanan ilk klub olub. Klubun xərcləri isə 1,017 milyard dollar olub (882 milyon avro).
“Barselona”nın idarə heyətinin sədri Oskar Qrau 2018/19 mövsümündə 1,105 milyard dollarlıq gəlir gözlədiklərini bildirib.
