“Barselona” Dembeleni satmır
24.03.2020 , 11:36

“Barselona” hücumçusu Usman Dembele ilə bağlı qərar verib. Kataloniya klubu fransalını satmayacaq.
“Blauqrana” 22 yaşlı oyunçuya özünü sübut etmək üçün daha bir şans verəcək.
Fransalı futbolçunun tez-tez zədələndiyi və komandaya istənilən kimi fayda vermədiyi üçün onun göndəriləcəyi haqda xəbərlər yayılmışdı.
