“Barselona” De Lixtlə maraqlanmır – Klub rəsmisi
04.05.2019 , 11:01

“Barselona” klubun prezidenti Xosep Bartamenun köməkçisi Jordi Mestre De Lixtin mümkün transferi ilə bağlı danışıb.
Hollandiyalı müdafiəçinin transfer gündəmində olmadığını vurğulayan prezident yarımdıçısı bu haqda mövsümün sonunda daha ətraflı məlumat verəcəklərini deyib.
“De Lixt transferi ilə bağlı danışmaq istəmirəm. Bizim Jerar Pike kimi Dünya səviyyəli müdafiəçimiz var. Bundan başqa Klemen Lenglet və Samuel Umtiti kimi güclü müdafiəçilərə sahibik. Hollandiyalının transferi ilə bağlı mövsüm sonunda danışa bilərik.”
Qeyd edək ki, “Barselona” De Lixtin “Ayaks” klubunda olan komanda yoldaşı De Yonq yeni mövsümdən “katalonlar”ın formasını geyinəcək.
