“Barselona” klubu heyətini gücləndirmək istəyir.
Korner.az-ın məlumatına görə, bu barədə El Mundo Deportivo xəbər yayıb.
Məlumatda deyilir ki, kataloniyalılar “Sevilya”nın futbolçusu Aleks Vidal ilə yaxından maraqlanır. Universal olan bu yarımmüdafiəçi həm də müdafiənin cinahında oynaya bilir. Dani Alvesin və Montoyanın komandanı tərk edcəyi halda onların əsas əvəzləyicisi Aleks Vidal ola bilər. “Sevilya”nın heyətində də bu mövqedə oynayan istedadlı futbolçunun “Barselona”ya keçidi real görünür.
