“Barselona” daha bir futbolçusu ilə müqavilə yenilədi
11.03.2019 , 18:43

“Barselona” klubu cinah müdafiəçisi Xordi Alba ilə yeni müqavilə imzalayıb.
İspaniyalı futbolçunun müqavilə müddəti 2024-cü ilə qədər uzadılıb. 29 yaşlı futbolçunun təzminat məbləği isə 500 milyon avroya qaldırılıb.
Qeyd edək ki, Xordi Alba “Valensiya” klubundan “Barselona”ya 2012-ci ildə transfer olub.
