“Barselona” ciddi itki
25.12.2024 , 14:50
“Barselona”nın sağ cinah yarımmüdafiəçisi Ferran Torres zədələnib.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Futbolçu La Liqanın 18-ci turunda “Atletiko” ilə oyun zamanı əzələsindən zədə alıb.
Yayılan xəbərdə, 24 yaşlı oyunçunun İspaniya kubokunun 1/16 finalında keçiriləcək “Barbastro” ilə görüşü buraxacağı bildirilib.