“Barselona” ciddi itki ilə üz-üzə
25.02.2019 , 19:32

“Barselona” klubunun hücumçusu Luiz Suarez İspaniya kubokunun yarımfinalında “Real Madrid” ilə keçiriləcək oyunu buraxa bilər.
32 yaşlı hücumçu ilə bağlı rəsmi məlumat verilməsə də, onun vəziyyətinin bəlirsiz olduğu deyilir. Uruqvaylı futbolçunun dizindən zədə aldığı ehtimal olunur.
Qeyd edək ki, Luiz Suarez ötən ilin noyabr ayında zədə səbəbi ilə bir neçə oyunda meydana çıxa bilməmişdi.
