“Barselona” çempionluğunu rəsmiləşdirdi
15.05.2023 , 10:37

İspaniya La Liqasının 34-cü turunda “Barselona” səfərdə “Espanyol”a 4:2 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, Kataloniya klubu liqada xalını 85-ə çatdıraraq, ən yaxın izləyicisi “Real Madrid”i 14 xal qabaqlayıb.
Bu nəticə ilə də liqanın bitməsinə 4 həftə qalmış “Barselona” çempionluğunu elan edib.
Bundan əlavə, “Barselona”nın baş məşqçisi Xavi Hernandes İspaniya komandası ilə ilk liqa çempionluğunu qazanıb.
