“Barselona” cərimələndi
26.09.2019 , 20:06
İspaniya Futbol Federasiyası “Barselona”nı 300 avro məbləğində cərimələyib.
Korner.az xəbər verir ki, buna səbəb klubun “Atletiko”dan bu yay transfer etdiyi Antuan Qrizmannla daha erkən danışıqlar aparması olub.
Futbolçunun katalonlara keçidi iyul ayında rəsmiləşib. 5 illik müqavilə üçün “Barsa” paytaxt klubuna 120 milyon avro ödəyib