Argentina millisinin futbolçusu Lionel Messi zədələnib.
Korner.az-ın məlumatına görə, o, Hondurasla yoldaşlıq matçında belindən zədə alıb.
Bu səbəbdən Messi 64-cü dəqiqədə əvəzlənib.
Oyundan sonra millinin həkimi 28 yaşlı hücumçunun belində çat və sınıq aşkarlanmadığını bildirib. O, Messinin bərpa müdəttinin daha sonra məlum olacağını söyləyib.
