“Arsenal” və “Barselona”nın şərəfini qorumuş Tierri Anri ÇL 1/8 final mərhələsi ilk turunda bu iki komandanın keçirəcəyi qarşılaşma haqqında danışıb.
Korner.az-ın məlumatına görə, Fransa yığmasının hücumçusu “Barselona” klubunun rəsmi saytına danışıb.
Anri “topçular”ın əsas silahının Özil olduğunu deyib.
O bildirib ki, “Barsa” futbolçuları Özilə oynamağa imkan verməsə, londonluların heç bir şansı qalmayacaq:
“Kataloniyalılar 1/4 final üçün mübarizə aparacaq. Bu iş asan olmasa da “Barsa” istədiyini etmək üçün çalışacaq. Katalonlar Özilə imkan verməsə “Arsenal”ın heç bir şansı qalmayacaq”.
