“Selta”nın futbolçusu Nolito qış transfer pəncərəsində “Barselona”ya keçməyə çox yaxın idi.
Korner.az-ın məlumatına görə, son anda klubla konkret razılaşma əldə olunmamışdı.
“Selta” “Barsa”da 29 yaşlı futbolçuya görə 18 milyon avro tələb edirdi. Kataloniyalıların isə transferi yayda gerçəkləşdirəcəyi gözlənilirdi. Lakin, tərəflər arasında istənilən razılıq əldə olunmadığı üçün “Barsa” rəhbərliyi artıq Nolito ilə maraqlanmadığını açıqlayıb. (El Mundo Deportivo)
