“Barselona” “Qatar Sports Investment” fondu ilə əməkdaşlığının detallarını açıqlayıb.
Korner.az-ın məlumatına görə, şirkət 2010-2016-cı illərdəki titul sponsorluğunun müqabilində kluba 171 milyon avro pul ödəyib.
Anlaşmanın əldə olunmasında vasitəçilər olmadığından bu məbləğin hamısı birbaşa klubun hesabına köçürülüb.
