“Barselona” bu futbolçunu göndərir
14.05.2024 , 21:27

“Barselona” hücumçusu Vitor Roke ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, klub mövsümün sonunda oyunçu ilə sağollaşacaq.
Buna səbəb isə futbolçunun gözləntiləri doğrultmaması olub.
Baş məşqçi ilə yanaşı, klub rəhbərliyi də Rokenin oyunundan razı deyil.
Roke bu ilin yanvar ayında “Atletiko Paranaense” klubundan “Barselona”ya keçmişdi.
