La Liqa və Çempionlar Liqasında uğursuzluğa düçar olan "Barselona" gələn mövsümün planlarını qurur. Korner.az-ın məlumatına görə, Kataloniya təmsilçisi "Atletik"in (Bilbao) hücumçusu Fernando Lorenteye göz dikib.
Bu mövsüm klubunda uğurlu çıxış edən Lorente hava toplarında və müdafiə xəttinə kömək edə bilmə xüsusiyyətlərinə görə "Barsa"nın diqqətini çəkib.
Qeyd edək ki, 27 yaşlı forvard bu mövsüm oynadığı 49 oyunda 28 qola imza atıb.