“Barselona” bu dəfə hansı futbolçunu transfer edir?
19.06.2025 , 23:34

“Barselona” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisi bu dəfə “Atletik”in futbolçusu Niko Uilyamsla razılığa gəlib.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, 22 yaşlı vingerlə 2031-ci ilə qədər müqavilənin imzalanacağı bildirilib.
Tərəflər arasında danışıqların yekun mərhələdə olduğu diqqətə çatdırılıb.
