İspaniya nəhəngi “Barselona” “Çelsi”nin braziliyalı futbolçusu David Luizə
elçi düşüb.
Korner.az-ın məlumatına görə, “Barselona” Luiz üçün 25 milyon funt sterlinq
xərcləmə hazırdır. “Çelsi” ilə 2016-cı ilə qədər davam edən müqaviləsi var.
Buna baxmayaraq, “Barsa” təcrübəli Puyolun alternativini
tapmaq və tez bir zamanda komandaya gətirmək niyyətindədir.
Qeyd edək ki, Portuqaliyanın“Benfika” klubunun yetirməsi olan David Luiz 2011-ci ildən etibarən
“Çelsi” forması geyinir.
