“Barselona” “Borussiya”ya, PSJ “Aston Villa”ya qalib gəldi
10.04.2025 , 00:56

Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə 2 görüş keçirilib.
“Barselona” doğma meydanda Dortmund “Borussiya”sını qəbul edib və 4 cavabsız qolla qalib gəlib.
Digər oyunda isə PSJ evdə “Aston Villa” ilə üz-üzə gəlib. Görüş Paris nəhənginin 3:1 hesablı qələbəsi ilə bitib.
9 aprel
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
23:00. “Barselona” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 4:0
Qollar: Rafinya, 25, Levandovski, 48, 66, Yamal, 77
23:00. PSJ (Fransa) – “Aston Villa” (İngiltərə) – 3:1
Qollar: Rogers, 35, Due, 39, Kvaratsxeliya, 49, Mendeş, 90+2
