“Barselona” Bastoniyə marağını saxlayır
05.01.2026 , 12:00
“Barselona” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer siyahısında saxlayır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək tərəflər arasında rəsmi danışıqlar olmayıb və hər şey Kataloniya klubunun maliyyə imkanlarından asılı olacaq.
Xəbərdə bildirilir ki, 26 yaşlı italiyalı müdafiəçi həmçinin “İnter”lə yeni müqavilə şərtlərini müzakirə edir.
Bundan başqa, Bastoninin qiymətinin 70–80 milyon avro civarında olması gözlənilir
Qeyd edək ki, futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.