“Barselona” baş məşqçisini qovdu
17.08.2020 , 16:44

“Barselona” baş məşqçisi Kike Setyenlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu məlumat verib.
61 yaşlı mütəxəssis 2020-ci ilin yanvarında Ernesto Valverdenin əvəzinə baş məşqçi postuna təyin edilmişdi.
Xatırladaq ki, “Barselona” Çempionlar Liqasının 1/4 finalında “Bayern”ə 2:8 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı.
