“Barselona” baş məşqçisi ilə müqavilə yeniləyir
19.05.2025 , 21:14

“Barselona” baş məşqçisi Hans-Diter Flik ilə yeni müqavilə imzalayacaq.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.
Almaniyalı mütəxəssisin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulacaq.
